BAKI, 11 fevral. TELEQRAF

“Həyat yoldaşımla düşündük, qərar gəldik ki, Braziliyaya qayıdaq. Hamı "Qarabağ"a, Qurban müəllimə olan sevgimi bilir".

Bu sözləri Teleqraf-a açıqlamasında "Qarabağ"dan ayrılan braziliyalı futbolçu Riçard Almeyda deyib

36 yaşlı yarımmüdafiəçi Azərbaycandan ayrılmaq qərarına gəlməsinin karyerasını vətənində bitirmək istəyi ilə əlaqələndirib: "Gedişim ani olmadı, neçə vaxtdır bu barədə düşünürdüm. Bəzən elə anlar gəlir ki, qərar verməli olursan. Artıq həyatda yeni səhifə açmaq lazımdır. Braziliyada cəmi 4 oyun keçirmişəm. Daha sonra uzun müddət Portuqaliyada, Azərbaycanda çıxış etmişəm. Qərar qəbul etdim ki, öz vətənimdə də futbolun dadına baxım. Kim bilir, bəlkə bir gün məşqçi kimi Azərbaycana qayıtdım".

Qeyd edək ki, 2012-ci ildən fasilələrlə “Qarabağ”da forma geyinmiş Riçard Almeyda ilə ötən yay 1 illik müqavilə imzalanmışdı.