![](https://teleqraf.az/storage/2025/02/13/715x378/sumaher.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Almaniyada əfsanəvi “Formula 1” pilotu Mixael Şumaxerin ailəsini şantaj etməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başa çatıb.
Teleqraf “GB News”a istinadən xəbər verir ki, ittiham olunanlardan biri, gecə klubunun mühafizəçisi Yılmaz Toztürkan 3 il müddətinə azadlıqdan məhrum edilib.
Onun oğlu Daniel Lins və Şumaxerin keçmiş cangüdəni Markus Fritşe isə şərti cəza alıb.
Xatırladaq ki, cinayətkar qrup alman idmançının ailə üzvlərindən 15 milyon avro tələb ediblər. Onlar pilotun yaxınlarını Şumaxerin müalicə aldığı vaxt çəkilən foto və videolarını yaymaqla hədələyiblər.