BAKI, 13 fevral. TELEQRAF

Amerikalı iş adamı İlon Mask ABŞ-nin Hökumət Səmərəliliyi Departamentində (DOGE) işinin çox olması səbəbindən Ağ Evdə gecələmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.

Bildirilir ki, iş adamı rəhbər vəzifədəki fəaliyyətinə 4 ay sərf etməyi planlaşdırır. Bu müddət ərzində o, büdcəni iki trilyon dollar azaltmaq və iki faiz inflyasiyaya nail olmaq niyyətindədir.

Xəbərdə deyilir: “Mask DOGE-də çox işlədiyini və Ağ Evdəki ofisində yatdığını söylədi".

Maskın ofisinin dəqiq yeri bəlli deyil.