
BAKI, 13 fevral. TELEQRAF
Fransanın Qrenobl şəhərindəki bar-restoranda baş verən partlayışda 12 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “İci” radiostansiyası məlumat yayıb.
Məlumata görə, Olimpiya kəndində yerləşən bar-restorana qumbara atılıb. Partlayış nəticəsində yaralanan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır.
Qrenobl meri “görünməmiş zorakılıq aktını” pisləyib.
Hazırda hadisə yerində 80 yanğınsöndürən və polis çalışır.