![](https://teleqraf.az/storage/2025/02/13/715x378/_(2).jpg)
BAKI, 13 fevral. TELEQRAF
İsrail Tehranın zəifləmiş statusundan istifadə edərək, bu il İranın nüvə obyektlərinə böyük zərbələr endirməyi düşünür.
Teleqraf xəbər verir ki, ABŞ kəşfiyyat agentlikləri belə qənaətə gəliblər.
Bu barədə "Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayıb.
Bu məqam ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasının sonuncu analitik hesabatında yer alıb.
Kəşfiyyat agentliklərinin məlumatına görə, İsrail bu zərbələri endirmək üçün Donald Tramp administrasiyasından dəstək almağı planlaşdırır.