
BAKI, 13 aprel. TELEQRAF
“PKK-nın həm İraq, həm də Türkiyə üçün yaratdığı ortaq təhlükə fonunda Öcalanın terror təşkilatının buraxılması çağırışının həyata keçirilməsi olduqca vacibdir”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə ilə İraq arasında Antaliyada keçirilən Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmi Toplantısının birgə bəyanatında qeyd olunub.
Toplantıda milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan, MİT-in rəhbəri İbrahim Kalın və daxili işlər nazirinin müavini Münir Karaloğlu iştirak edib. İraq hökumətini baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseyn və onu müşayiət edən nümayəndə heyəti təmsil edib.