
BAKI, 15 aprel. TELEQRAF
Bu ilin birinci rübündə avtobusdan istifadə edən sərnişinlərin sayı 397 milyon 826,8 min təşkil edib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 fazi artıb.
Dövr ərzində taksidən istifadə halları isə cüzi azalıb. Belə ki, bu ilin yanvar-mart aylarında taksidən istifadə edən sərnişinlərin sayı 18 milyon 472,0 min olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalma deməkdir.
Qeyd edək ki, yanvar-mart aylarında, avtomobil nəqliyyatı ilə toplam 416 milyon 298,8 min sərnişin daşınıb. Bu da ötən ilə nisbətdə 4,9% artım deməkdir.