
BAKI, 15 aprel. TELEQRAF
Kreditləşmədə aktivlik həm istehlak, həm də biznes portfeli üzrə müşahidə olunub. 2024-cü ildə kredit portfelinin artım tempi (18.5%) nominal qeyri-neft ÜDM-in artım tempini 1.7 dəfəyədək üstələyir.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilib.
Qeyd edilib ki, sektor üzrə 19 bankın kredit portfeli ötən illə müqayisədə artıb, 15 bankda isə kredit portfelinin artımı nominal qeyri-neft ÜDM artımının üzərində olub. 12 bankda artım 15%-dən yüksək olub. Bank sektorunun dayanıqlığını artırmaq və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə, 2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi ilə bağlı qərar qəbul edilib.