
BAKI, 15 aprel. TELEQRAF
2024-cü ildə banklarda yüksək kreditləşmə dinamikası fonunda risk üzrə ölçülmüş aktivlər artıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilib.
Sənəddə qeyd edilib ki, cəmi aktivlərin 7.8% (3.8 mlrd. manat) artması fonunda risk üzrə ölçülmüş aktivlərin həcmi 10.3% (3.3 mlrd. manat) artıb.
Nəticədə risk üzrə ölçülmüş aktivlərin cəmi aktivlərə nisbəti göstəricisi il ərzində 2 faiz bəndi artaraq 67%-ə çatıb. Risk üzrə ölçülmüş aktivlərin artımı bank sektorunun kreditləşmə fəaliyyəti üzrə aktivliyi şəraitində formalaşıb. Risk üzrə ölçülmüş aktivlərin 93.3%-i kredit riskləri üzrə, 5.9%-i əməliyyat riskləri üzrə, 0.8%-i isə bazar riskləri üzrə formalaşır.