BAKI, 15 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında metro ilə 52 milyon 837,1 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən xəbərə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azdır.

Əlavə olaraq onu da bildirək ki, bu ilin birinci rübündə dəmiryolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 2 milyon 74,5 min nəfərə çatıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3% artım qeydə alınıb. Hava nəqliyyatı ilə 865,3 min sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 6,6% artım deməkdir.