BAKI, 15 aprel. TELEQRAF

Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoymağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib.

“Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı irəli sürdüyü mövqeyini anlayırıq. Əgər Qarabağ münaqişəsi səhifəsini bağlayırıqsa, İrəvan həqiqətən bu səhifəni bağlayır, onda artıq bu münaqişənin həlli ilə məşğul olan formatın da qalmasına ehtiyac yoxdur”, - o vurğulayıb.

N.Paşinyan qeyd edib ki, Ermənistan həm sülh sazişinin imzalanmasını, həm də Minsk qrupunun buraxılmasını eyni gündə həyata keçirməyi təklif edir.