BAKI, 15 aprel. TELEQRAF

2025-ci ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ayda respublikada elektrik enerjisinin istehsalı 7 171,8 milyon kilovat-saat olub.

Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində İES-lərdə 6 318,3 milyon kilovat-saat, SES-lərdə 669,6 milyon kilovat-saat, digər mənbələr üzrə isə 183,9 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında 9,5 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 112,5 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 243,9 milyon kilovat-saat artım qeydə alınıb.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 385,0 milyon kilovat-saat (İES-lərdə 5 739,9 milyon kilovat-saat, SES-lərdə 645,1 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 milyon kilovat-saat (İES-lərdə 55,7 milyon kilovat-saat, SES-lərdə 21,7 milyon kilovat-saat, GES-də 13,8 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 mln. milyon kilovat-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 385,0 milyon kilovat-saat, idxalı isə 35,7 milyon kilovat-saat olub.

Qeyd edək ki, 2025-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 319,1 milyon kilovat-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 85,6 milyon kilovat-saat, idxalı isə 16,1 milyon kilovat-saat təşkil edib.