BAKI, 15 aprel. TELEQRAF

"Ermənistanda bəzi qüvvələr (müxalifəti nəzərdə tutur - red.) hər gün müharibə təbliğatı aparır və onu həyata keçirmək üçün konkret addımlar atmağa çağırırlar. Biz sülh gündəmindən dönməyəcəyik".

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Ermənistanla Azərbaycan arasında yeni eskalasiya ilə bağlı proqnozlara toxunaraq qeyd edib:

“Müharibəyə heç bir bəraət qazandırmaq olmaz. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb”.

N.Paşinyan həmçinin iddia edib ki, yeni müharibə olmayacaq, sülh olacaq:

“Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdir”.