
BAKI, 15 aprel. TELEQRAF
Ermənistan və Qazaxıstan arasında mədəni əməkdaşlıq çərçivəsində aprelin 18-19-da Ermənistanda ilk dəfə olaraq Qazaxıstan Mədəniyyəti Günləri keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.
Mədəniyyət günlərində Qazaxıstandan Ermənistana gələcək rəsmi nümayəndə heyətinə bu ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva rəhbərlik edəcək. Nümayəndə heyətinə bu ölkənin tanınmış müğənnisi, Qazaxıstanın xalq artisti Roza Rımbayeva, Qazaxıstan Milli Kinoya Dəstək Mərkəzinin rəhbəri Jumaqali Kurmanbekov və digər mədəni qurumların rəhbərləri daxildir.
Aprelin 18-19-da İrəvanda bir sıra mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığı bildirilib.