
BAKI, 15 aprel. TELEQRAF
2024-cü ildə 2023-cü ilin sonu illə müqayisədə bank sektorunun faiz xərcləri artıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilib.
Artım həm fiziki və hüquqi şəxslərin depozitləri üzrə, həm də digər faiz xərcləri yaradan öhdəliklər (repo/əks-repo, bankların depozit və kreditləri və s.) üzrə müşahidə edilib.
Qeyri-faiz xərclərinin artımı fonunda bank sektoru üzrə səmərəlilik göstəricisində geriləmə müşahidə edilib. 2024-cü ildə 2023-cü ilin sonu ilə müqayisədə bankların qeyri-faiz xərcləri 18.7% (437 mln. manat) artaraq 2.8 mlrd. manata çatıb. Artımın əsas drayveri əmək haqqı və digər kompensasiya xərcləri (140 mln. manat) və haqq/komissiya xərcləri (195 mln. manat) olub. Qeyri-faiz xərclərinin artım tempinin xalis faiz və qeyri-faiz gəlirlərinin artım tempini üstələməsi fonunda sektorun səmərəlilik göstəricisi geriləyib.