BAKI, 15 aprel. TELEQRAF

Ermənistanın sabiq prezidentləri hakimiyyəti seçkilərin nəticələrini saxtalaşdırmaqla ələ keçirmişdilər.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib.

“Əgər 2018-ci il inqilabı, Serj tərəfindən xarakterizə edildiyi kimi, hakimiyyətin ələ keçirilməsi idisə, bir nömrəli kapitulyator da öz xalqı tərəfindən təslim edilən Serjin özüdür. 2018-ci il inqilabını hakimiyyətin ələ keçirilməsi kimi qələmə verən Serj Sərkisyan Robert Köçəryandan heç nə ilə fərqlənmir”, - ölkə rəsmisi bildirib.

Çaxoyan Serj Sərkisyanla yanaşı, digər sabiq prezident Robert Köçəryanı da vaxtilə seçkiləri saxtalaşdırmaqla hakimiyyəti ələ keçirməkdə ittiham edib.

Xatırladaq ki, Sərkisyan bundan əvvəl Baş naziri Nikol Paşinyanı 2018-ci ildə hakimiyyəti zorakılıqla qəsb etməkdə ittiham etmişdi. Həmçinin o, Paşinyanı kapitulyator adlandırmışdı.