
BAKI, 15 aprel. TELEQRAF
Bank kreditlərinin depozitlərə nisbəti artıb. Sektorun balansı əsasən müddətli depozit bazasının artımı hesabına genişlənib və kreditləşmənin yüksək tempini dəstəkləyib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin sonuna olan məlumatlara əsasən, 2023-cü ilin sonu ilə müqayisədə kredit portfelinin artım tempi depozit portfelinin artım tempini üstələyib. Nəticədə, son 1 ildə kreditin depozitə nisbəti göstəricisi 6 faiz bəndi artaraq 73% olub.