
BAKI, 15 aprel. TELEQRAF
"Qırğızıstan TÜRKPA istiqamətdə əməkdaşlığı dəstəkləyir".
Teleqraf xəbər verir ki, bunu Qırğız Respublikası Joqorku Kneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Süleymanov Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.
O bildirib ki, TÜRK PA çərçivəsində əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsi vacibdir:
"Təhlükəsizlik istiqamətində parlamentlərarası əməkdaşlıq vacibdir. Parlament diplomatiyası beynəlxalq əməkdaşlığı gücləndirmək üçün önəmli platformadır. Qeyd edək ki, Qırğız Respublikası 2027-28-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün müraciət edəcək və inanıram ki, Türk dövlətləri bu istiqamətdə bizə yetərincə dəstək olacaq".