
BAKI, 12 mart. TELEQRAF
XII Qlobal Bakı Forumu qlobal problemlərin həlli üçün mühüm platformadır.
Teleqraf xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa bildirib.
Onun sözlərinə görə, forum dünyanın müxtəlif yerlərindən olan liderləri bir araya gətirərək qlobal problemlərin həlli istiqamətində müxtəlif təcrübələrin paylaşılmasına şərait yaradır.
“Əlverişsiz və ağır vəziyyətdə olan ölkələrin problemləri məhz danışıqlar sayəsində həll oluna bilər. Bunun bariz nümunəsi kimi Qəzza bölgəsini göstərə bilərik. Əgər ölkələr arasında ortaq dil tapılmazsa, problemlərin həlli prosesi uzana bilər. Biz də məhz bu cür məsələlərin həllinə yönələcəyik. COP29 zamanı Azərbaycana böyük sayda insan axını oldu. Burada da bütün dünyanı maraqlandıran mühüm mövzular müzakirə ediləcək”, - sabiq prezident vurğulayıb.