BAKI, 12 mart. TELEQRAF

ABŞ-nin NATO-dan çıxacağı çətin ki, baş versin, çünki ABŞ Prezidenti Donald Tramp heç vaxt bu ehtimaldan bəhs etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"ABŞ-nin NATO-dan çıxacağına inanmıram. Donald Tramp heç vaxt bunun baş verə biləcəyinə dair heç bir işarə etməyib. Lakin o, açıq şəkildə deyib ki, əgər NATO ölkələri ABŞ-nin onları qorumasını və təhlükəsizlik təminatları verməsini istəyirlərsə, o zaman onlar lazım olan miqdarda ödəniş etməlidirlər", - Lavrov qeyd edib.