
BAKI, 12 mart. TELEQRAF
İtaliyanın "Kremoneze" klubunun futbolçusu Franko Vaskes 10 oyunluq disklafikasiya olunub.
Teleqraf xəbər verir ki, buna səbəb argentinalı yarımmüdafiəçisinin İtaliya B Seriyasının XXVI turunda "Bari" ilə oyunun sonunda rəqib müdafiəçi Emili Dorvalı irqçi ifadələrlə təhqir etməsi olub.
Fevralın 15-də keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyuna əsas heyətdə başlayan Vaskes 46-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kremoneze" 29 turdan sonra 45 xalla B Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Franko Vaskes cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Argentina millisinin heyətində 3 oyunda iştirak edib.