
BAKI, 12 mart. TELEQRAF
Dövrümüzün ekoloji problemləri qlobal ekosistemdə düzəlməz dəyişikliklərə, hətta qlobal miqyasda kütləvi məhvə səbəb ola bilər. Belə bir ssenari tamamilə inanılmaz bir şey deyil, çünki bu, Yer kürəsinin tarixində artıq baş verib.
Teleqraf xəbər veri ki, bu barədə “Interesting Engineering” elmi jurnalı yazır.
“Kütləvi Məhvolma” kimi də tanınan Perm-Trias toqquşması Yer tarixinin ən dağıdıcı hadisəsidir. Təxminən 252 milyon il əvvəl baş verən fəlakətlər zamanı dəniz həyatının 96 faizi, quruda yaşayan onurğalıların 70 faizi yoxa çıxıb. Bu, atmosferə 100 000 milyard metrik ton karbon qazı buraxan bir sıra dağıdıcı vulkan püskürmələrinin nəticəsi idi. Hadisələr nəticəsində zəncirvari reaksiya başlamışdı: kəskin qlobal istiləşmə, okeanlarda oksigenin yox olması və planetdə karbon dövranının tam sabitsizləşməsi.
İsveçrənin Cenevrə Universitetindən Maura Brunettinin rəhbərlik etdiyi tədqiqatçılar qədim ekosistemləri anlamaq üçün qədim bitki qalıqlarını tədqiq ediblər. Tədqiqat zamanı o dövrdə qlobal temperaturun selsi üzrə 10 dərəcə yüksəldiyi üzə çıxıb.
Permdən Triasda keçiddə ekoloji dəyişiklikləri anlamaq üçün komanda Yerin qədim coğrafiyasını xəritələndirib və bitki qalıqlarını həmişəyaşıl tropik, mövsümi tropik, mülayim və səhra olmaqla, altı əsas bioma uyğunlaşdırıb. Müxtəlif vaxtlarda yerli iqlimi qiymətləndirmək üçün fosil qeydləri mürəkkəb iqlim modelləri ilə müqayisə edilib.
Təhlil soyuqdan istiyə kəskin keçidi göstərən Perm-Trias toqquşması ilə üst-üstə düşən bitki biomlarında əsas dəyişiklikləri aşkar edib. Permin sonları kəskin soyuq, erkən Trias da qısamüddətli dalğalanmalara görə xaotik bir iqlimə sahib olub. Amma sonrakı dönəmlərdə Trias dövrü əvvəllərlə müqayisədə 10 dərəcə yüksək temperaturda sabitləşib. Bu, tropik səhraların yamyaşıl meşələrə çevrilməsi və mülayim bitki örtüyünün qütblərə doğru irəliləməsi, tundranı məhv etməsi demək idi. Görünür, məhz bu qlobal istiləşmə sonrakı kütləvi məhv üçün ilkin şərt olub.
Dramatik dəyişiklik iqlim dəyişmə nöqtələri konsepsiyasını təsdiqləyir. Brunetti xəbərdarlıq edir ki, cari CO2 emissiyası davam edərsə, Yer 2700 il ərzində Perm dövrü ilə eyni səviyyəyə çata bilər. Elm adamı bunun Yerdə həyatın sona çatması üçün ən qısa müddət olduğunu deyir.
Bununla belə, elm adamları əldə edilən məlumatların məhdud olduğunu da söyləyirlər. Qalıqlarla bağlı daha çox məlumat və təkmilləşdirilmiş modellər daha aydın bir mənzərə üçün çox vacibdir.