BAKI, 12 mart. TELEQRAF

Rusiya ABŞ və Ukrayna arasında keçirilən danışıqların nəticəsi ilə bağlı edilən bütün bəyanatları diqqətlə araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ukrayna ilə ABŞ arasında qəbul edilən birgə bəyanatın mətnini oxuyuruq və nəticələrə dair edilən bəyanatları diqqətlə araşdırırıq", – o qeyd edib.