
BAKI, 12 mart. TELEQRAF
"BMT mülki şəxslərə və infrastruktura hücumları qəti şəkildə pisləyir".
Teleqraf xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik Ukrayna pilotsuz təyyarələrinin Rusiya Federasiyasının regionlarına irimiqyaslı hücumunu şərh edərkən deyib .
“Biz harada baş verməsindən asılı olmayaraq, mülki şəxslərə və mülki infrastruktura edilən bütün hücumları qətiyyətlə pisləyirik” - Dujarrik brifinqdə deyib.
O vurğulayıb ki, bu cür hücumlar dərhal dayandırılmalıdır. Dujarrik təcili olaraq gərginliyin azaldılmasına və hərbi əməliyyatların dayandırılmasına çağırıb.