
BAKI, 12 mart. TELEQRAF
"Sumqayıt” komandasının iki futbolçusu öz ölkələrinin milli komandalarına dəvət alıb.
Teleqraf xəbər verir ki, "gənclik şəhəri" klubunun yarımmüdafiəçisi Ronaldo Vaskez Dominikan Respublikası seçməsinə, Tresor Mossi isə Burundi yığmasına çağırılıb.
Vaskesin komandası martın 22-si və 26-da Puerto Riko ilə yoxlama oyunları keçirəcək, Mossinin millisi isə martın 21-də Fildişi Sahili, martin 25-də Seyşel adaları yığmalarına qarşı DÇ-2026 seçmə oyunlarında üz-üzə gələcək.
Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Premyer Liqasında 25 xalla 8-ci pillədə qərarlaşıb.