
BAKI, 12 mart. TELEQRAF
Azərbaycan bu ilin yanvar ayında da xaricdən qızıl alışını davam etdirib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında 689 milyon 947.180 min dollar dəyərində 7 min 950,47 kq qızıl idxal edib.
Ən çox qızıl Avstraliyadan idxal edilib - 2666.5 kq
Digər ölkələr üzrə idxal: Rusiya 995.01 kq, ABŞ 261.14 kq, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı 1136.34 kq, Brazliya 324.47 kq, Çin 486.19 kq, İsveçrə 12.57 kq, Kanada 12.97 kq, Meksika 2007.11 kq, İspaniya 48.16 kq.
Ötən il Azərbaycan 3 milyard 313 milyon dolları dəyərində 41 078 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.