
BAKI, 12 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik təminatı vermək istəmir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bu açıqdır ki, Tramp Zelenski tərəfindən idarə olunan Ukraynaya təhlükəsizlik təminatları vermək istəmir. Onun vəziyyətə öz baxışı var və bunu açıq şəkildə izah edir ki, bu müharibə heç vaxt başlamamalıydı", - o qeyd edib.