
BAKI, 12 mart. TELEQRAF
Ermənistan və Niderland arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb.
Teleqraf xəbər verir ki, sənədə İrəvanda Ermənistan və Niderland xarici işlər nazirləri Ararat Mirzoyan və Kaspar Veldkamp imza atıb.
“Bu gün Ermənistan və Niderland Krallığı arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması ilə tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. Bu, həm simvolik, həm də məcburi olan yeni bir mərhələdir”, - Mirzoyan deyib.