
BAKI, 12 mart. TELEQRAF
Cənubi Qafqazda sülh və sabitlik Avropa üçün çox vacibdir.
Teleqraf xəbər verir ki, bunu Niderland xarici işlər naziri Kaspar Veldkamp erməni həmkarı Ararat Mirzoyanla İrəvanda birgə mətbuat konfransı zamanı deyib.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına toxunan nazir Niderlandın danışıqlar çərçivəsində atılan konstruktiv addımları yüksək qiymətləndirdiyini vurğulayıb.
“Niderland Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini də dəstəkləyir”, - Veldkamp qeyd edib.
Niderlandlı nazir əlavə edib ki, tərəflər münasibətləri normallaşdırmaq üçün kifayət qədər iradəyə malikdir.