
BAKI, 12 mart. TELEQRAF
Hava limanlarının (aeroportların) strukturunun təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi üçün Azərbaycanın beynəlxalq sərnişin daşımalarında Avropa və Asiya arasında tranzit qovşağı kimi perspektivliyi yüksəldiləcək.
Teleqraf xəbər verir ki,"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı" da bu barədə nəzərdə tutulub.
Sənədin məqsədlərinə eyni zamanda ticarətin və turizmin inkişafına töhfə verməklə iqtisadi inkişafın, məşğulluğun artırılması, dövlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi, keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığı təmin etməklə sərnişinlərin səyahət təcrübəsinin yaxşılaşdırılması daxildir.
Dövlət Proqramı eləcə də rəsmiyyətin sadələşdirilməsi sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması, hava gəmilərinin, heyəti üzvlərinin və sərnişinlərin hava limanlarında daşınmasının təkmilləşdirilməsi üçün normativ hüquqi bazanın formalaşdırılmasını nəzərdə tutur.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nı təsdiq edib.