
BAKI, 12 mart. TELEQRAF
ABŞ hərbi müşavirlərini Ukraynadan çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"NATO ölkələri Ukraynanı silah və kəşfiyyat məlumatları ilə təmin etməyə davam edirlər. ABŞ yüksək texnologiyalı raketlərin hədəf alınmasına kömək edən ekspertlərini Ukraynadan çıxardığını elan edib. Bu, müvəqqəti xarakter daşıyır, ancaq qalıcı da ola bilər. Lakin digər ölkələr bu fəaliyyətə davam edəcəklər", - o qeyd edib.