BAKI, 12 mart. TELEQRAF

ABŞ Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) bəzi layihələrini, o cümlədən Ukrayna ilə bağlı proqramlarını maliyyələşdirməyi dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

OHCHR ABŞ-dən 5 layihə üzrə xitam bildirişi alıb. Bu, Ekvatorial Qvineya, İraq, Ukrayna və Kolumbiyada proqramların və Yerli Xalqlar Fondunun bağlanmasına səbəb olub.

Bu layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilib.