BAKI, 12 mart. TELEQRAF

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərliyi işçilərə sənədləri, ilk növbədə rəsmi sənədləri məhv etməyi əmr edib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” daxili bülletenə istinadən məlumat yayıb.

USAID-in icraçı direktoru vəzifəsini icra edən Erika Karr agentliyin Vaşinqtondakı baş qərargahında arxivdə olan kağız sənədlərin yandırılması əmrini verib. Göstərişə əsasən, gizli seyflərdən və şəxsi sənədlərdən olan materiallar dərhal məhv edilməlidir.