BAKI, 12 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 72,2 milyon manatlıq ümumi daxil məhsul istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artıb.

ÜDM istehsalının 38,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 22 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manata bərabər olub.