BAKI, 12 mart. TELEQRAF
Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi, özbəkistanlı boksçu Lazizbek Mullajonov Bakıya gəlib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, 92 kq çəki dərəcəsində yer alan olimpiya çempionu Azərbaycanda təlim-məşq toplanışı keçəcək.
Onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtda təşkil olunacaq beynəlxalq “Böyük İpək Yolu” turnirinə hazırlıqdır.
Olimpiya çempionu Azərbaycanın ağır çəkili boksçuları Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birlikdə məşq edəcək. Bu, onların turnirə yaxşı hazırlaşması üçün faydalı olacaq.
Qeyd edək ki, Lazizbek Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Paris olimpiadasının finalında məğlub etdiyi Alfonso Dominqes qarşılayıb.