
BAKI, 12 mart. TELEQRAF
Ermənistanın keçmiş prezident Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
İrəvanın İsakov prospekti və Yerablur Hərbi Panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq mənimsənilməsi ilə bağlı başlanan cinayət işində Serj Sərkisyana qarşı 18 külli miqdarda mənimsəmə, 2 külli miqdarda “çirkli pulların yuyulması” və 3 digər maddə üzrə ittiham irəli sürülüb.
Xatırladaq ki, Sərkisyan həm də digər bir cinayət işi üzrə dövlət büdcəsindən yarım milyard dramının mənimsənilməsində ittiham olunur.