.jpg)
BAKI, 9 mart. TELEQRAF
Bu gün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Dövlət İmtahan Mərkəzindən Teleqraf-a verilən məlumata görə, imtahanda 58732 şagird iştirak edib.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.