
BAKI, 9 mart. TELEQRAF
Rusiya hava hücumundan müdafiə qüvvələri son sutkada 228 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 99 PUA döyüş zonasından kənarda məhv edilib. Bundan əlavə, Rusiya qüvvələri Ukraynaya məxsus JDAM idarə olunan aviabombasını və HIMARS sisteminin iki mərmisini zərərsizləşdirib.