
BAKI, 9 mart. TELEQRAF
ABŞ-ın girovların azad edilməsi üzrə xüsusi nümayəndəsi Adam Boehler CNN-ə bildirib ki, İsrail və Fələstin HƏMAS hərəkatı yaxın həftələrdə razılığa gələ bilərlər.
Teleqraf xəbər verir ki, A.Boehlerə görə, HƏMAS və İsrail qarşılıqlı tələbləri yerinə yetirmək razılığa gəlməyə yaxındırlar.
"Bütün məhbusların azad edilməsi mümkündür", deyə ABŞ rəsmisi bildirib.
2025-ci il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəs 42 gün davam etməli idi. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalı, yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməli idi. Martın 2-də atəşkəsin birinci mərhələsi başa çatdı, lakin İsrail və HƏMAS hələ də ikinci barədə razılığa gələ bilməyiblər.