
BAKI, 9 mart. TELEQRAF
Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin ekspertləri Ukraynada atəşkəsin təmin olunması üçün yeni plan təqdim ediblər.
Teleqraf xəbər verir ki, hesabat "New York Times"da (NYT) dərc olunub.
Mütəxəssislərin təkliflərinə əsasən, Ukrayna və Rusiya qüvvələri arasında ən azı 9,6 km enində bufer zonası yaradılmalıdır. Bu əraziyə mülki şəxslər və polis qüvvələri tərəfindən nəzarət edilməlidir.
Bundan əlavə, müşahidəçilərin təhlükəsizliyini təmin etmək üçün 10 min əsgərdən ibarət beynəlxalq sülhməramlı kontingentin bölgəyə yerləşdirilməsi təklif edilir.