
BAKI, 9 mart. TELEQRAF
Suriyanın keçid hökumətinin ən azı 231 döyüşçüsü ölkənin qərbində respublikanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə silahlı toqquşmalarda həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Həmçinin qiyamın yatırılması üçün əməliyyatının aparıldığı bölgələrdə onlarla təhlükəsizlik mənsubu itkin düşüb.
Silahlı toqquşmalar Əsəd devriləndən sonra yeni hökumətə qarşı ən ciddi müqavimət hesab olunur.
Mülki sakinlər arasında ölənlərin sayı 500-ü ötüb. Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa baş verənləri “gözlənilən problemlər” adlandırıb.