BAKI, 9 mart. TELEQRAF

İsrail Qətərdə HƏMAS-la atəşkəsin uzadılması ilə bağlı danışıqlarda iştirak edəcək.

Teleqraf xəbər verir ki, baş nazir Benyamin Netanyahu bazar ertəsi Dohaya nümayəndə heyəti göndəriləcəyini təsdiqləyib.

Bu qərar, HƏMAS-ın Qahirədə Misir rəsmiləri ilə atəşkəs razılaşmasının ikinci mərhələsi barədə görüşündən sonra verilib.

HƏMAS-ın bəyanatına görə, görüşdə razılaşmaya tam əməl olunması, sərhəd keçidlərinin açılması və humanitar yardımların Qəzzəyə maneəsiz çatdırılması məsələləri müzakirə olunub.