BAKI, 9 mart. TELEQRAF
Avropa Komissiyası müharibə rejiminə keçməlidir.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının prezident Ursula Fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
O əlavə edib ki, yaxın həftələrdə AK-nin Müdafiə Şurasının ilk iclası çağırılacaq: "Komissiya üzvləri təhlükəsizlik sahəsində işlərin vəziyyəti ilə bağlı mütəmadi olaraq məlumatlandırılacaqlar".
Fon der Leyen martın 4-də “Avropada silahlanma dövrü” elan edib. Onun təklif etdiyi plana əsasən, dörd il ərzində hərbi sahəyə 800 milyard avro sərmayə yatırılmalıdır.