BAKI, 9 mart. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko gələn həftə Rusiyaya rəsmi səfər edəcək. O, Rusiya Prezidenti Vladimir Putinlə beynəlxalq məsələləri müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin “Rossiya 1” telekanalında müsahibəsində deyib.

Onun sözlərinə görə bu, Lukaşenkonun seçkilərdəki qələbəsindən sonra Rusiyaya ilk səfəridir.

Bundan başqa, Serbiya Prezidenti Aleksandar Vuçiç də Putinə zəng edəcəyini və enerji sahəsində əməkdaşlığı müzakirə edəcəyini açıqlamışdı.