
BAKI, 9 mart. TELEQRAF
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Latakiyadakı gərginliyin nəzarət altına alındığını bildirib.
Teleqraf xəbər verir ki, o, ölkədə birliyi və sivil barışı qorumağın vacibliyini vurğulayıb.
Şaraa, devrilmiş rejimin qalıqlarının ölkəni sınağa çəkdiyini bildirərək, təhlükəsizlik qüvvələrinə diqqətli davranmağı və aşırı təxribatlardan çəkinməyi tövsiyə edib.
"Bizi düşmənlərimizdən ayıran prinsiplərimizə sadiqliyimizdir. Əxlaqımızdan imtina etdiyimiz anda onların səviyyəsinə düşmüş olarıq. Devrilmiş rejimin qalıqları təxribat yaratmağa çalışır. Onların məqsədi qarışıqlığa yol açaraq vəziyyəti gərginləşdirməkdir." – deyə o qeyd edib.