BAKI, 7 mart. TELEQRAF

Suriyada yenidən iğtişaşlar yaşanıb.

Teleqraf “Al Hadath TV”-ə istinadən xəbər verir ki, keçmiş dövlət başçısı Bəşər Əsədin tərəfdarları silahlı üsyana qalxıblar.

Nəticədə, asayiş keşikçiləri ilə Əsəd tərəfdarları arasında toqquşma olub.

İlkin məlumatlara görə, olaylarda azı 16 polis, 28 üsyançının öldüyü bildirilir.