BAKI, 4 mart. TELEQRAF

Rusiya-ABŞ münasibətlərinin normallaşması üçün Vaşinqton sanksiyaları dayandırmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bizim sanksiyalara münasibətimiz yaxşı məlumdur, biz onları qanunsuz hesab edirik. Əlbəttə, ikitərəfli münasibətlərin normallaşmasından danışarkən, onları bu mənfi yükdən, yəni sanksiyalardan azad etmək lazımdır", - o qeyd edib.