BAKI, 4 mart. TELEQRAF

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icra edilməsi Dunay Bədirxanova həvalə olunub.

Bu barədə Teleqraf-a Azərkosmosdakı mənbələr bildirib.

D.Bədirxanov qurumun İdarə Heyəti sədrinin müavini olmaqla rəhbərin səlahiyyətlərini də icra edəcək.

Qeyd edək ki, Azərkosmos ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.