BAKI, 4 mart. TELEQRAF

"Ukrayna geosiyasi hadisələrə görə TBNM-dəki işini dayandırmağa məcbur olub. Lakin hazırda biz layihədə işi bərpa etmək niyyətimizi elan etməkdən məmnunuq".

Teleqraf xəbər verir ki, "Ukrayna Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski Bakıda keçirilən "Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə" adlı dəyirmi masada bildirib.

"Bu gün biz layihəyə qayıtmaq niyyətində olduğumuzu məmnuniyyətlə bəyan edirik. Gürcüstanla bərə əlaqəsinin bərpası üzrə aktiv iş aparılır. Bu isə təkcə TBNM marşrutunu Ukrayna üzərindən tranzitlə Avropa ölkələrinə qədər uzatmağa deyil, həm də əvvəlki iqtisadi əlaqələri canlandırmağa imkan verəcək".