
BAKI, 4 mart. TELEQRAF
İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəki Neftçala Sənaye Məhəlləsində məhsul istehsalı 2023-cü illə müqayisədə 5 dəfədən çox artıb.
Teleqraf xəbər verir ki, ötən ilin ilk aylarında 60 milyon manatlıq məhsul satışı həyata keçirilib. Sənaye Məhəlləsinin inkişafı üçün sahibkarlar tərəfindən indiyə qədər 49,5 milyon manat investisiya yatırılıb. Eyni zamanda, mövcud layihələr üzrə əlavə 13,6 milyon manatlıq yeni investisiyaların yatırılması nəzərdə tutulur. Ümumilikdə, Sənaye Məhəlləsində istehsal olunan məhsulun həcmi 210 milyon manatı keçib, bunun 1,37 milyon manatı isə ixracla əlaqəlidir.
Sənaye Məhəlləsində bu günə qədər ümumi investisiya həcmi 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinin rezident kimi qeydiyyatdan keçdiyi və 5-nin artıq istehsal fəaliyyətinə başladığı bildirilib. Eyni zamanda, 300-dən çox daimi iş yeri yaradılıb və növbəti mərhələlərdə 200-ə yaxın yeni iş yerinin yaradılması planlaşdırılır.